Azərbaycan quru sərhədlərini açır? - RƏSMİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 26-07-2021, 17:40


"Azərbaycan hakimiyyəti quru sərhədlərinin açılması məsələsinə baxmır".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə iyulun 26-da brifinqdə ölkə prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

O həmçinin bildirib ki, sağlamlıq vəziyyətinə görə peyvənd oluna bilməyən şəxslərə müvafiq sertifikat veriləcək. Bunlara hamilə və körpə əmizdirən qadınlar və digər şəxslər daxildir. Onların siyahısını Səhiyyə Nazirliyinin komissiyası müəyyən edəcək.

İstirahət günlərində ictimai nəqliyyatın işinə gəlincə, bu məhdudiyyət yaxın vaxtlarda aradan qaldırılmayacaq. Mövsümovun sözlərinə görə, koronavirusa yoluxmanın artmasının səbəblərindən biri insanların fəallığıdır ki, ictimai nəqliyyat buna şərait yaradır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz