Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Mingəçevir sakini Bakıda “Maşın bazarı”nda özünü qumbara ilə partladıb
Mingəçevir sakini Bakıda “Maşın bazarı”nda özünü qumbara ilə partladıb27-07-2021, 19:23. |
"Müseyib Ələsgərov idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Həmin vaxt onun üzərində olan qumbara partlayıb və o ölüb". CivilAzerbaijan.com bildirir ki, bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov qaçarkən saxlanılıb: "Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.". Meyadan TV-nin məlumatına görə, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, hadisə iyulun 27-də, axşam saatlarında Səbail rayonu ərazisindəki “Maşın bazarı”nın yaxınlığında baş verib. Hadisə zamanı 3 polis əməkdaşının da xəsarət aldığı bildirilir. Geri qayıt |