Mingəçevir sakini Bakıda “Maşın bazarı”nda özünü qumbara ilə partladıb
Tarix: 27-07-2021, 19:23
"Müseyib Ələsgərov idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Həmin vaxt onun üzərində olan qumbara partlayıb və o ölüb".
CivilAzerbaijan.com bildirir ki, bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov qaçarkən saxlanılıb:
"Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.".
Meyadan TV-nin məlumatına görə, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə iyulun 27-də, axşam saatlarında Səbail rayonu ərazisindəki “Maşın bazarı”nın yaxınlığında baş verib.
Hadisə zamanı 3 polis əməkdaşının da xəsarət aldığı bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər