Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Ermənilərin Azərbaycan sərhədçisini yaraladığı yol mühasirəyə alınıb
Ermənilərin Azərbaycan sərhədçisini yaraladığı yol mühasirəyə alınıb26-08-2021, 12:10. |
"Avqustun 25-də saat 23-də Azərbaycan hərbiçiləri Ermənistanın Qafan və Qoris şəhərlərini birləşdirən yolun sərhəddə yerləşən Şurnux kəndi yaxınlığındakı hissəsini mühasirəyə alıblar". CivilAzerbaijan.com bildirir ki, bu barədə ayın 26-da səhər Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bu zaman Azərbaycan ərazisindən keçən bu hissədə ermənilərin 40-a yaxın nəqliyyat vasitəsi 4 saatdan çox mühasirədə qalıb. Onlar oradan Rusiya sülhməramlılarının köməyi ilə çıxarılıb. Ermənistan KİV-ləri hadisə haqqında avqustun 25-də gecə yarısı xəbər yayıblar, amma Azərbaycan tərəfin bu addımının səbəbini açıqlamayıblar. Avqustun 25-də gündüz saatlarında iki erməni hərbiçisi Azərbaycan sərhədçisi Ruslan Şirəliyevə hücum edib və onu süngü-bıçaqla yaralayıb. Turanın xəbərində qeyd olunur ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə Qoris-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən hissəsində baş verib. Bundan sonra Azərbaycan tərəfi bu təxribata adekvat cavab veriləcəyini bəyan edib. Geri qayıt |