Ermənilərin Azərbaycan sərhədçisini yaraladığı yol mühasirəyə alınıb

Xəbərin çap versiyası
Tarix: 26-08-2021, 12:10


"Avqustun 25-də saat 23-də Azərbaycan hərbiçiləri Ermənistanın Qafan və Qoris şəhərlərini birləşdirən yolun sərhəddə yerləşən Şurnux kəndi yaxınlığındakı hissəsini mühasirəyə alıblar".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə ayın 26-da səhər Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu zaman Azərbaycan ərazisindən keçən bu hissədə ermənilərin 40-a yaxın nəqliyyat vasitəsi 4 saatdan çox mühasirədə qalıb. Onlar oradan Rusiya sülhməramlılarının köməyi ilə çıxarılıb.

Ermənistan KİV-ləri hadisə haqqında avqustun 25-də gecə yarısı xəbər yayıblar, amma Azərbaycan tərəfin bu addımının səbəbini açıqlamayıblar. Avqustun 25-də gündüz saatlarında iki erməni hərbiçisi Azərbaycan sərhədçisi Ruslan Şirəliyevə hücum edib və onu süngü-bıçaqla yaralayıb.

Turanın xəbərində qeyd olunur ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə Qoris-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən hissəsində baş verib. Bundan sonra Azərbaycan tərəfi bu təxribata adekvat cavab veriləcəyini bəyan edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz