Əsas Səhifə > Azərbaycan > Smartfonlar üçün özü bərpaolunan şüşə yaradıldı
Smartfonlar üçün özü bərpaolunan şüşə yaradıldı8-04-2017, 00:53. |
Kaliforniya Universitetindən bir qrup kimyaçı elektrik keçirə bilən özü bərpaolunan material yaradıb. SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu material smartfonlar üçün ekran qismində istifadə oluna bilər. Mütəxəssislər qeyd edir ki, bu material sınaqlar zamanı cızıq və kəsiklərə qarşı davamlılıq nümayiş etdirib. Material yarıya bölündükdə belə 24 saatdan az müddətdə bitişir. Belə ki, bu materialın tərkibində olan ion və molekullar bir-birinə doğru hərəkət edərək üz qabığının birləşməsinə səbəb olur. MƏQALƏDƏ: Kaliforniya Universiteti smartfonlar Geri qayıt |