Smartfonlar üçün özü bərpaolunan şüşə yaradıldı

Xəbərin çap versiyası
Tarix: 8-04-2017, 00:53
Smartfonlar üçün özü bərpaolunan şüşə yaradıldı


Kaliforniya Universitetindən bir qrup kimyaçı elektrik keçirə bilən özü bərpaolunan material yaradıb.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu material smartfonlar üçün ekran qismində istifadə oluna bilər.

Mütəxəssislər qeyd edir ki, bu material sınaqlar zamanı cızıq və kəsiklərə qarşı davamlılıq nümayiş etdirib. Material yarıya bölündükdə belə 24 saatdan az müddətdə bitişir.

Belə ki, bu materialın tərkibində olan ion və molekullar bir-birinə doğru hərəkət edərək üz qabığının birləşməsinə səbəb olur.

MƏQALƏDƏ: Kaliforniya Universiteti smartfonlar

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz