Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Böyük Britaniya səfirliyindən Tofiq Yaqublunun döyülməsiylə bağlı AÇIQLAMA
Böyük Britaniya səfirliyindən Tofiq Yaqublunun döyülməsiylə bağlı AÇIQLAMA3-12-2021, 19:21. |
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Saleh Rüstəmlini müdafiə məqsədiylə dekabrın 1-də Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb. Civilazerbaijan.com bildirir ki, Böyük Britaniya səfirliyi açıqlamada Tofiq Yaqublunun amansızcasına döyülməsini araşdırmağa çağırıb. "Böyük Britaniya Azərbaycan hakimiyyətini dekabrın 1-də Tofiq Yaqubluya və digər etirazçılara qarşı amansız döyülmə və zorakılıqlar barədə məlumatları araşdırmağa çağırır. Dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir”, - Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dekabrın 3-də dərc edilmiş şərhində deyilir. Geri qayıt |