Böyük Britaniya səfirliyindən Tofiq Yaqublunun döyülməsiylə bağlı AÇIQLAMA
Tarix: 3-12-2021, 19:21
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Saleh Rüstəmlini müdafiə məqsədiylə dekabrın 1-də Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb.
Civilazerbaijan.com bildirir ki, Böyük Britaniya səfirliyi açıqlamada Tofiq Yaqublunun amansızcasına döyülməsini araşdırmağa çağırıb.
"Böyük Britaniya Azərbaycan hakimiyyətini dekabrın 1-də Tofiq Yaqubluya və digər etirazçılara qarşı amansız döyülmə və zorakılıqlar barədə məlumatları araşdırmağa çağırır.
Dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir”, - Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dekabrın 3-də dərc edilmiş şərhində deyilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər