Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Azərbaycanda omikron ştammı aşkarlanıb

Azərbaycanda omikron ştammı aşkarlanıb


10-01-2022, 16:40.
title}


Azərbaycanda ilk dəfə koronavirusun omikron ştammı aşkarlanıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə bazar ertəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

SARS-CoV-2 21k Omicron variantı xaricdən gələn şəxslərdən götürülmüş 12 nümunədə aşkar edilib.

Səhiyyə orqanları vətəndaşları ikinci dozadan sonra və ya xəstəlikdən sağaldıqdan 6 ay sonra bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə vaksinasiyaya çağırıblar.

Həmçinin xüsusi karantin rejimi qaydalarına riayət etmək lazımdır, məlumatda qeyd olunur.
Geri qayıt