Azərbaycanda omikron ştammı aşkarlanıb
Tarix: 10-01-2022, 16:40
Azərbaycanda ilk dəfə koronavirusun omikron ştammı aşkarlanıb.
CivilAzerbaijan.com bildirir ki, bu barədə bazar ertəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
SARS-CoV-2 21k Omicron variantı xaricdən gələn şəxslərdən götürülmüş 12 nümunədə aşkar edilib.
Səhiyyə orqanları vətəndaşları ikinci dozadan sonra və ya xəstəlikdən sağaldıqdan 6 ay sonra bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə vaksinasiyaya çağırıblar.
Həmçinin xüsusi karantin rejimi qaydalarına riayət etmək lazımdır, məlumatda qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər