Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Milli Şuradan mitinq QƏRARI
Milli Şuradan mitinq QƏRARI24-03-2022, 20:52. |
Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-ə Ukraynaya dəstək mitinqi keçirmək barədə qərar qəbul edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Facebook” səhifəsində məlumat yayıb. Aksiyanın saat 15.00-dən 17.00-dək keçirilməsi nəzərdə tutulur. T.Yaqublu bildirib ki, mitinq üçün “Məhsul” stadionu, “Nərimanov” metrostansiyasının yanındakı park və “Ukrayna” dairəsi təklif olunub. “Mitinqin məqsədi Azərbaycan xalqının Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna xalqına dəstəyini ifadə etməkdir. Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılacağı təqdirdə keçiriləcək”, – deyə Yaqublu bildirib. Geri qayıt |