Milli Şuradan mitinq QƏRARI

Xəbərin çap versiyası
Tarix: 24-03-2022, 20:52


Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-ə Ukraynaya dəstək mitinqi keçirmək barədə qərar qəbul edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Facebook” səhifəsində məlumat yayıb.

Aksiyanın saat 15.00-dən 17.00-dək keçirilməsi nəzərdə tutulur.

T.Yaqublu bildirib ki, mitinq üçün “Məhsul” stadionu, “Nərimanov” metrostansiyasının yanındakı park və “Ukrayna” dairəsi təklif olunub.

“Mitinqin məqsədi Azərbaycan xalqının Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna xalqına dəstəyini ifadə etməkdir. Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılacağı təqdirdə keçiriləcək”, – deyə Yaqublu bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz