Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Elman Rüstəmov yeni vəzifəyə təyin olundu
Elman Rüstəmov yeni vəzifəyə təyin olundu13-04-2022, 15:28. |
Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib. Civilazerbaijan.com bildirir ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib. Aprelin 12-də Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. Qeyd edək ki, E.Rüstəmov 1992-ci ilin dekabrında Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarından isə bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub. Aprelin 11-də keçirilən plenar iclasda “PAŞA Bank”ın İdarə heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi də müzakirə edilib. Geri qayıt |