Elman Rüstəmov yeni vəzifəyə təyin olundu
Tarix: 13-04-2022, 15:28
Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.
Civilazerbaijan.com bildirir ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
Aprelin 12-də Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.
Qeyd edək ki, E.Rüstəmov 1992-ci ilin dekabrında Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarından isə bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
Aprelin 11-də keçirilən plenar iclasda “PAŞA Bank”ın İdarə heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi də müzakirə edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər