Əsas Səhifə > Azərbaycan > DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb
DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb8-04-2017, 17:46. |
Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb. SİVİL.AZ xəbər veir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir: "Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Geri qayıt |