DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb

Xəbərin çap versiyası
Tarix: 8-04-2017, 17:46
DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb


Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.

SİVİL.AZ xəbər veir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz