Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə uzadılması ilə bağlı QƏRAR
Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə uzadılması ilə bağlı QƏRAR19-04-2023, 12:46. |
Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb. Civilazerbaijan.com bildirir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb. Səbəb kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi göstərilib. Ən son, aprelin 18-də açıqlanan məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 62 nəfər olub. Eyni gündə virusdan 55 nəfər sağalıb, üç nəfər isə həyatını itirib. Qeyd edək ki, bu müddətə qədər Azərbaycanın quru sərhədləri bağlı qalacaq. Geri qayıt |