Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə uzadılması ilə bağlı QƏRAR
Tarix: 19-04-2023, 12:46
Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb.
Civilazerbaijan.com bildirir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Səbəb kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi göstərilib.
Ən son, aprelin 18-də açıqlanan məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 62 nəfər olub.
Eyni gündə virusdan 55 nəfər sağalıb, üç nəfər isə həyatını itirib.
Qeyd edək ki, bu müddətə qədər Azərbaycanın quru sərhədləri bağlı qalacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər