Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür


26-06-2023, 12:43.
title}


İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günüdür.

Civilazerbaijan.com
bildirir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının qərarı ilə bu yeni yaranan və cəmi iki il ömür sürən ölkənin ilk nizami hərbi hissəsi - Əlahiddə Korpus yaradılıb.

Təkrar müstəqillik qazanılandan sonra ölkədə 1992-1998-ci illər arasında Azərbaycan Milli Ordusunun yaradılması günü kimi oktyabrın 9-u qeyd edilib.

Amma 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.

Həmin tarixdə 1918-ci il mayın 28-də yaradılan və Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci il aprelin 27-də süqut edən AXC silahlı qüvvələrinin əsası qoyulub, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

9 oktyabr tarixi isə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi 1991-ci ilə təsadüf edir. Onda müstəqillik elan edilməzdən cəmi doqquz gün öncə müdafiə məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin ilk batalyonlarının əsası qoyulmuşdu.

26 iyun Azərbaycanda rəsmi iş günü deyil.
Geri qayıt