Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür
Tarix: 26-06-2023, 12:43
İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günüdür.
Civilazerbaijan.com bildirir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının qərarı ilə bu yeni yaranan və cəmi iki il ömür sürən ölkənin ilk nizami hərbi hissəsi - Əlahiddə Korpus yaradılıb.
Təkrar müstəqillik qazanılandan sonra ölkədə 1992-1998-ci illər arasında Azərbaycan Milli Ordusunun yaradılması günü kimi oktyabrın 9-u qeyd edilib.
Amma 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.
Həmin tarixdə 1918-ci il mayın 28-də yaradılan və Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci il aprelin 27-də süqut edən AXC silahlı qüvvələrinin əsası qoyulub, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
9 oktyabr tarixi isə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi 1991-ci ilə təsadüf edir. Onda müstəqillik elan edilməzdən cəmi doqquz gün öncə müdafiə məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin ilk batalyonlarının əsası qoyulmuşdu.
26 iyun Azərbaycanda rəsmi iş günü deyil.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər