Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi: bu dəfə 37 min AZN köçürüləcək
İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi: bu dəfə 37 min AZN köçürüləcək23-08-2023, 16:52. |
İyul ayında Qazax rayon icra hakimiyyəti başçısı Rəcəb Babaşovun şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi nizamnamə kapitalı 1 AZn olan "LEADS GROUP SUPPLY" MMC-ni 36 min manatlıq (36.000,13 AZN) tenderdə qalib edib. 32gun.az-ın məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi növbəti dəfə həmin şirkətlə tender müqaviləsi imzalayıb. Yenə eyni səbəbdən imzalanan müqavilənin qiyməti bu dəfə 37.999,54 AZN-dir. Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi Əli Vidadi oğlu Əhmədovdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir. Geri qayıt |