İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi: bu dəfə 37 min AZN köçürüləcək
Tarix: 23-08-2023, 16:52
İyul ayında Qazax rayon icra hakimiyyəti başçısı Rəcəb Babaşovun şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi nizamnamə kapitalı 1 AZn olan "LEADS GROUP SUPPLY" MMC-ni 36 min manatlıq (36.000,13 AZN) tenderdə qalib edib.
32gun.az-ın məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi növbəti dəfə həmin şirkətlə tender müqaviləsi imzalayıb.
Yenə eyni səbəbdən imzalanan müqavilənin qiyməti bu dəfə 37.999,54 AZN-dir.
Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi Əli Vidadi oğlu Əhmədovdur.
Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər