Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Qarabağdakı qondarma rejimin "Təhlükəsizlik Şurası"ı təcili iclas keçirib
Qarabağdakı qondarma rejimin "Təhlükəsizlik Şurası"ı təcili iclas keçirib20-09-2023, 12:21. |
Sentyabrın 20-də Qarabağdakı separatçı rejimin "prezidenti" Samvel Şahramanyan "təhlükəsizlik şurası"nın geniş iclasını çağırıb. Civilazerbaijan.com bildirir ki, bu barədə qondarma rejimin informasiya idarəsi məlumat yayıb. Bildirilir ki, iclas əsnasında Azərbaycanın başlatdığı anti-terror əməliyyatı nəticəsində yaranmış vəziyyət və atılacaq addımlar müzakirə edilib. Şahramanyan çıxışında beynəlxalq aktorların bölgədəki mövcud vəziyyət və onun aradan qaldırılması üçün reaksiyasının qeyri-adekvat olduğunu bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı beynəlxalq güclər heç bir əməli addım atmırlar, Toplum TV-nin məlumatında qeyd olunur. Şahramanyan bu kontekstdə əhalinin fiziki təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmağa məcbur qalacaqlarını bildirib. Geri qayıt |