Qarabağdakı qondarma rejimin "Təhlükəsizlik Şurası"ı təcili iclas keçirib
Tarix: 20-09-2023, 12:21
Sentyabrın 20-də Qarabağdakı separatçı rejimin "prezidenti" Samvel Şahramanyan "təhlükəsizlik şurası"nın geniş iclasını çağırıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə qondarma rejimin informasiya idarəsi məlumat yayıb.
Bildirilir ki, iclas əsnasında Azərbaycanın başlatdığı anti-terror əməliyyatı nəticəsində yaranmış vəziyyət və atılacaq addımlar müzakirə edilib.
Şahramanyan çıxışında beynəlxalq aktorların bölgədəki mövcud vəziyyət və onun aradan qaldırılması üçün reaksiyasının qeyri-adekvat olduğunu bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı beynəlxalq güclər heç bir əməli addım atmırlar, Toplum TV-nin məlumatında qeyd olunur.
Şahramanyan bu kontekstdə əhalinin fiziki təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmağa məcbur qalacaqlarını bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər