Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Deputat Qənirə Paşayeva vəfat edib
Deputat Qənirə Paşayeva vəfat edib28-09-2023, 21:21. |
Deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə aldığı Mərkəzi Klinikada vəfat edib. Civilazerbaijan.com bildirir ki, bu barədə məlumatı Turana deputatın yaxınları təsdiqləyib. Qənirə Paşayeva sentyabrın 24-də komaya düşüb və xəstəxanaya yerləşdirilib. Deputatın vəfatının səbəbi hələlik açıqlanmır. Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. O, 1998-ci ildən «ANS» televiziya şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Geri qayıt |