Deputat Qənirə Paşayeva vəfat edib

Xəbərin çap versiyası
Tarix: 28-09-2023, 21:21


Deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə aldığı Mərkəzi Klinikada vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatı Turana deputatın yaxınları təsdiqləyib.

Qənirə Paşayeva sentyabrın 24-də komaya düşüb və xəstəxanaya yerləşdirilib.

Deputatın vəfatının səbəbi hələlik açıqlanmır.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.

O, 1998-ci ildən «ANS» televiziya şirkətində müxtəlif vəzifələrdə çalışmışdır.

2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz