Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > BQXK-nın Bakı nümayəndəliyindən Qarabağda qalan ermənilərlə bağlı BƏYANAT

BQXK-nın Bakı nümayəndəliyindən Qarabağda qalan ermənilərlə bağlı BƏYANAT


15-11-2023, 19:21.
title}


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həssas durumda olan 50 nəfərin istəklərinə uyğun olaraq, Qarabağdan Ermənistana köçürülməsini təmin edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turana BQXK-nın Bakı nümayəndəliyındən məlumat veriblər.

Sözü gedən şəxslərin əksəriyyəti Ermənistandakı ailələrinə qovuşub.

“Qarabağda qalanlardan 20-yə yaxın şəxsə ərzaq bağlamaları və gigiyena vasitələri çatdırılıb və onlar BQXK-nın tibb işçiləri tərəfindən tibbi müayinədən keçib. Həmçinin, Qarabağda olan 25 nəfər video və telefon zəngləri vasitəsilə Ermənistan və digər ölkələrdəki yaxınları ilə əlaqə saxlaya bilib”, - deyə BQXK-nın Bakı nümayəndəliyındə daha sonra qeyd ediblər.
Geri qayıt