BQXK-nın Bakı nümayəndəliyindən Qarabağda qalan ermənilərlə bağlı BƏYANAT
Tarix: 15-11-2023, 19:21
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həssas durumda olan 50 nəfərin istəklərinə uyğun olaraq, Qarabağdan Ermənistana köçürülməsini təmin edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə Turana BQXK-nın Bakı nümayəndəliyındən məlumat veriblər.
Sözü gedən şəxslərin əksəriyyəti Ermənistandakı ailələrinə qovuşub.
“Qarabağda qalanlardan 20-yə yaxın şəxsə ərzaq bağlamaları və gigiyena vasitələri çatdırılıb və onlar BQXK-nın tibb işçiləri tərəfindən tibbi müayinədən keçib. Həmçinin, Qarabağda olan 25 nəfər video və telefon zəngləri vasitəsilə Ermənistan və digər ölkələrdəki yaxınları ilə əlaqə saxlaya bilib”, - deyə BQXK-nın Bakı nümayəndəliyındə daha sonra qeyd ediblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər