Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu
İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu11-12-2023, 13:50. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri məlum olub. Civilazerbaijan.com Yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınmasına görə, 4 şirkətə ümumilikdə 8 milyon 248 min 526 manat 95 qəpik xərcləyəcək. Belə ki, İTS "Medsol” MMC-yə 6 milyon 674 min 859 manat 30 qəpik, "Kripto Lab” MMC-yə 1 milyon 31 min 883 manat 3 qəpik, "Gill Med” QSC-yə 501 min 535 manat 40 qəpik, "Azfar Med” MMC-yə 40 min 249 manat 22 qəpik ödəyəcək. Geri qayıt |