İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu

Xəbərin çap versiyası
Tarix: 11-12-2023, 13:50


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.

Civilazerbaijan.com
Yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınmasına görə, 4 şirkətə ümumilikdə 8 milyon 248 min 526 manat 95 qəpik xərcləyəcək.

Belə ki, İTS "Medsol” MMC-yə 6 milyon 674 min 859 manat 30 qəpik, "Kripto Lab” MMC-yə 1 milyon 31 min 883 manat 3 qəpik, "Gill Med” QSC-yə 501 min 535 manat 40 qəpik, "Azfar Med” MMC-yə 40 min 249 manat 22 qəpik ödəyəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz