Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Bayden Gürcüstanın baş nazirini qəbul etməkdən imtina edib - SƏBƏB

Bayden Gürcüstanın baş nazirini qəbul etməkdən imtina edib - SƏBƏB


25-09-2024, 20:51.
title}


ABŞ Prezident Administrasiyası Gürcüstan baş naziri İrakli Kobahidze üçün qəbula dəvəti ləğv edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Amerikanın Səsi" yüksək vəzifəli məmurlara istinadla məlumat yayıb.

ABŞ Prezident Administrasiyası da Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən imtina edib.

ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib ki, Kobahidze ilə əlaqələr "Gürcüstan hökumətinin demokratiyaya və Gürcüstan xalqının iradəsinə sarsıdıcı hörmətsizlik göstərən son hərəkətləri və bəyanatları" ilə əlaqədar ləğv edilib.

Prezident Co Bayden bu gün Nyu-Yorkda baş tutacaq ənənəvi qəbulda BMT Baş Assambleyasına gələn ölkə liderlərini qəbul edəcək.
Geri qayıt