Bayden Gürcüstanın baş nazirini qəbul etməkdən imtina edib - SƏBƏB
Tarix: 25-09-2024, 20:51
ABŞ Prezident Administrasiyası Gürcüstan baş naziri İrakli Kobahidze üçün qəbula dəvəti ləğv edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə "Amerikanın Səsi" yüksək vəzifəli məmurlara istinadla məlumat yayıb.
ABŞ Prezident Administrasiyası da Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən imtina edib.
ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib ki, Kobahidze ilə əlaqələr "Gürcüstan hökumətinin demokratiyaya və Gürcüstan xalqının iradəsinə sarsıdıcı hörmətsizlik göstərən son hərəkətləri və bəyanatları" ilə əlaqədar ləğv edilib.
Prezident Co Bayden bu gün Nyu-Yorkda baş tutacaq ənənəvi qəbulda BMT Baş Assambleyasına gələn ölkə liderlərini qəbul edəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər