Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Parlamentin iclası Konstitusiyaya ziddir - Gürcüstan Prezidenti
Parlamentin iclası Konstitusiyaya ziddir - Gürcüstan PrezidentiBu gün, 18:01. |
Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk iclasını Konstitusiyaya zidd hesab edib. Civilazerbaijan.com bildirir ki, bu barədə o, “X” platformasında yazıb. “Gürcüstan parlamentinin iclası Konstitusiyaya ziddir: Kütləvi seçki saxtakarlığı onun legitimliyini sarsıtdı; Mən birinci iclası çağırmaqdan imtina etdim, Konstitusiya isə əvəzedici kimi çıxış edə biləcək heç kəsi tanımır. Mənim müraciətimə Konstitusiya Məhkəməsi baxır”, – Zurabişvili yazıb. Parlamentin ilk iclası başlamazdan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze xüsusi brifinqdə hökumətin tərkibindəki dəyişiklikləri açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə 10-cu çağırış parlamentin Avropaya inteqrasiya komitəsinin rəhbəri Maka Boçorişvilinin namizədliyini, Ədliyyə Nazirliyinə 10-cu çağırış parlamentin hüquq məsələləri üzrə parlament komitəsinin rəhbəri Anri Oxanaşvilini, kənd təsərrüfatı və ətraf mühit naziri vəzifəsinə isə David Sonqulaşvili təklif olunub. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili noyabrın 26-da parlamentin Gürcüstanda prezident seçkilərinin tarixini təyin edəcəyini bildirib. İlk iclasa etiraz aksiyasının keçirildiyi Gürcüstan parlamenti ətrafına çox sayda polis qüvvələri cəmlənib. Polis mühasirəsi sayəsində hökumət üzvləri və yeni seçilən “Gürcü Arzusu”nun deputatları sərbəst şəkildə qanunvericilik binasına daxil olublar. Gürcüstan parlamenti bütün 150 üzvün – həm “Gürcü Arzusu”nun, həm də müxalifət partiyalarının nümayəndələrinin səlahiyyətlərini tanıyıb. Müvəqqəti etimadnamə komissiyası seçilmiş 150 üzvün sənədlərinin qaydasında olduğunu təsdiqləyib. Komissiyanın rəhbəri seçilmiş deputatların vahid siyahısını oxuyub, sonra səsvermə keçirilib. Parlamentin 150 üzvünün səlahiyyətlərini “Gürcü Arzusu”nun 88 üzvü tanıyıb. Müxalifət nümayəndələri və ölkə Prezidenti seçkilərin saxtalaşdırıldığını və onun nəticələrini tanımadıqlarını bəyan ediblər. Həmçinin müxalif partiyaların seçilmiş namizədləri parlamentə girməyərək, mandatlarından imtina ediblər, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |