Əsas Səhifə > Dünya / Üst manşet > Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçiriləcək
Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçiriləcək13-04-2017, 02:00. |
Aprelin 14-də Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. SİVİL.AZ xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, üçtərəfli görüşdə Suriyadakı vəziyyətin müzakirə olunacağını söyləyib. M. Zaxarova Suriyanın xarici işlər naziri Valid Müalliminin aprelin 13-15-də Moskvaya səfər edəcəyini açıqlayıb. Geri qayıt |