Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçiriləcək
Tarix: 13-04-2017, 02:00
Aprelin 14-də Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
SİVİL.AZ xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, üçtərəfli görüşdə Suriyadakı vəziyyətin müzakirə olunacağını söyləyib.
M. Zaxarova Suriyanın xarici işlər naziri Valid Müalliminin aprelin 13-15-də Moskvaya səfər edəcəyini açıqlayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər