Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək - REUTERS
Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək - REUTERS20-01-2026, 17:01. |
|
Rusiyanın federal büdcəsinə neft və qaz satışından gələn gəlirlərin ötən ilin yanvar ayı ilə müqayisədə bu ay 46% azalacağı gözlənilir. Civilazerbaijan.com bildirir ki, bu yanvarın 19-da "Reuters"in hesablamalarından sonra məlum olub. Gəlirlərin bu ay təxminən 420 milyard rubl (5,41 milyard ABŞ dolları) səviyyəsinə düşəcəyi ehtimal olunur ki, bu da COVID pandemiyasının qlobal yanacaq tələbatını iflic etdiyi 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Bu il federal büdcəyə neft və qaz satışlarından təxminən 9 trilyon rubl toplanması nəzərdə tutulur. 2026-cı ilin ümumi büdcə gəlirlərinin isə 40,283 trilyon rubl səviyyəsində olacağı proqnozlaşdırılır. Neft və qaz gəlirləri Kremlin Ukraynadakı müharibəsini maliyyələşdirməsində vacib rol oynayır. Rusiya iqtisadiyyatı 2022-ci ilin fevralında başlanan Ukraynanın işğalına görə ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalar altındadır. Hazırda Rusiya neftini, əsasən, Çin və Hindistan alır, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |