Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək - REUTERS
Tarix: 20-01-2026, 17:01
Rusiyanın federal büdcəsinə neft və qaz satışından gələn gəlirlərin ötən ilin yanvar ayı ilə müqayisədə bu ay 46% azalacağı gözlənilir.
Civilazerbaijan.com bildirir ki, bu yanvarın 19-da "Reuters"in hesablamalarından sonra məlum olub.
Gəlirlərin bu ay təxminən 420 milyard rubl (5,41 milyard ABŞ dolları) səviyyəsinə düşəcəyi ehtimal olunur ki, bu da COVID pandemiyasının qlobal yanacaq tələbatını iflic etdiyi 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyədir.
Bu il federal büdcəyə neft və qaz satışlarından təxminən 9 trilyon rubl toplanması nəzərdə tutulur. 2026-cı ilin ümumi büdcə gəlirlərinin isə 40,283 trilyon rubl səviyyəsində olacağı proqnozlaşdırılır.
Neft və qaz gəlirləri Kremlin Ukraynadakı müharibəsini maliyyələşdirməsində vacib rol oynayır.
Rusiya iqtisadiyyatı 2022-ci ilin fevralında başlanan Ukraynanın işğalına görə ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalar altındadır.
Hazırda Rusiya neftini, əsasən, Çin və Hindistan alır, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












