Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Siyasi karikaturaları ilə tanınan rusiyalı rəssam Polşada qətlə yetirilib
Siyasi karikaturaları ilə tanınan rusiyalı rəssam Polşada qətlə yetirilibBu gün, 14:12. |
|
Polşanın Byala Podlyaska şəhərində rusiyalı rəssam Semyon Skrepetski silahlı hücum nəticəsində qətlə yetirilib. Civilazerbaijan.com bildirir ki, hadisə barədə yerli polisə istinadən “Onet” və “Polsat News” nəşrləri məlumat yayıb. Bildirilir ki, silahlı şəxs avtomobil dayanacağında ona yaxınlaşaraq yaxın məsafədən bir neçə dəfə atəş açıb. Şübhəlilərdən biri Byala Podlyaskadakı Belarus konsulluğunun yaxınlığında saxlanılıb. “DzikMedia” isə iddia edir ki, qətli törədən şəxslər hadisə yerinə Belarusdan olan taksi sürücüsü tərəfindən gətirilib. Polşa Prokurorluğunun mətbuat xidməti qətl hadisəsinin baş verdiyini təsdiqləsə də, onun kimliyini açıqlamayıb. Semyon Skrepetski rusiyalı rəssam Robert Kuzovkovun yaradıcılıq təxəllüsüdür. O, siyasi karikaturaları ilə tanınıb. Skrepetski Vladimir Putin, Aleksey Navalnı, Ramzan Kadırov və Aleksandr Lukaşenko da daxil olmaqla müxtəlif siyasi fiqurların karikaturalarını çəkib. Rəssam 2021-ci ildə Rusiyanı tərk edərək Polşaya mühacirət edib. İyunun 12-də, Rusiya Günündə Skrepetski etiraz aksiyası keçirib. O, aksiyaya ayağında ənənəvi rus çarıqları, şalvarına bağlanmış Rusiya bayrağı və Stalinlə Putinin ikonaya bənzər üslubda təsvir edildiyi tablo ilə çıxıb, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |