Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiya Dneprdə dəmir yolu stansiyasına zərbə endirib: 13 ölü
Rusiya Dneprdə dəmir yolu stansiyasına zərbə endirib: 13 ölüDünən, 15:13. |
|
Foto: AFP Rusiya Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu stansiyasına dron hücumu endirib, nəticədə 13 nəfər həlak olub. Civilazerbaijan.com bildirir ki, rəsmilərin məlumatına görə, dron sərnişinlərin qatara minmək üçün sıx toplaşdığı platformaya düşüb. Ukraynanın "Ukrzaliznıtsya" dövlət dəmir yolu şirkəti reaktiv dronun Zaporojyeyə yola düşməyə hazırlaşan sərnişin qatarının platformasını vurduğunu bildirib. Vilayət qubernatoru Oleksandr Qanja "Telegram" kanalında azı beş nəfərin yaralandığını yazıb. Hazırda hadisə yerində xilasedicilər işləyirlər. Dnepr şəhərinin meri Boris Filatov isə öz "Telegram" hesabında "Çox sayda insan həlak olub. Xeyli yaralı var", – deyə vurğulayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |