Rusiya Dneprdə dəmir yolu stansiyasına zərbə endirib: 13 ölü

Xəbərin çap versiyası
Tarix: Dünən, 15:13

Foto: AFP

Rusiya Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu stansiyasına dron hücumu endirib, nəticədə 13 nəfər həlak olub.

Civilazerbaijan.com
bildirir ki, rəsmilərin məlumatına görə, dron sərnişinlərin qatara minmək üçün sıx toplaşdığı platformaya düşüb.

Ukraynanın "Ukrzaliznıtsya" dövlət dəmir yolu şirkəti reaktiv dronun Zaporojyeyə yola düşməyə hazırlaşan sərnişin qatarının platformasını vurduğunu bildirib.

Vilayət qubernatoru Oleksandr Qanja "Telegram" kanalında azı beş nəfərin yaralandığını yazıb.

Hazırda hadisə yerində xilasedicilər işləyirlər.

Dnepr şəhərinin meri Boris Filatov isə öz "Telegram" hesabında "Çox sayda insan həlak olub. Xeyli yaralı var", – deyə vurğulayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz