Əsas Səhifə > Dünya > Türkiyədə PKK-çılarla atışmada 1 əsgər ölüb, daha 1-i yaralanıb
Türkiyədə PKK-çılarla atışmada 1 əsgər ölüb, daha 1-i yaralanıb21-04-2017, 23:39. |
Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən atışmada 1 əsgər şəhid olub, daha 1-i yaralanıb. SİVİL.AZ-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yaralı əsgər Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib. Vilayətin Bestler-Dereler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində 29 terrorçu məhv edilib. Qeyd edək ki, bu gün səhər saatlarında Şırnakın Uludərə bölgəsində terrorçularla qarşıdurmada 2 əsgər şəhid olub, daha 2-si yaralanmışdı. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Geri qayıt |