Türkiyədə PKK-çılarla atışmada 1 əsgər ölüb, daha 1-i yaralanıb
Tarix: 21-04-2017, 23:39
Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən atışmada 1 əsgər şəhid olub, daha 1-i yaralanıb.
SİVİL.AZ-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yaralı əsgər Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.
Vilayətin Bestler-Dereler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində 29 terrorçu məhv edilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Şırnakın Uludərə bölgəsində terrorçularla qarşıdurmada 2 əsgər şəhid olub, daha 2-si yaralanmışdı. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər