Əsas Səhifə > Dünya / Üst manşet > Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"
Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"1-05-2017, 15:47. |
Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb. SİVİL.AZ-ın məlumatına görə, bu barədə o, BBC-yə müsahibəsində deyib. “İrəli” hərəkatının lideri bildirib ki, əgər təşkilat islahatlara getməsə, bu, baş verə bilər: “Düşünürəm ki, mən Avropa İttifaqında və bizim Avropa layihəmizdə dərin islahatlarla məşğul olmalı olacağam. Əks halda Fransa “Frexid”lə üzləşə bilər”. Xatırladaq ki, Fransada yeni prezidentin kimliyi mayın 7-də məlum olacaq. (APA) Geri qayıt |