Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"

Xəbərin çap versiyası
Tarix: 1-05-2017, 15:47
Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"


Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə o, BBC-yə müsahibəsində deyib.

“İrəli” hərəkatının lideri bildirib ki, əgər təşkilat islahatlara getməsə, bu, baş verə bilər: “Düşünürəm ki, mən Avropa İttifaqında və bizim Avropa layihəmizdə dərin islahatlarla məşğul olmalı olacağam. Əks halda Fransa “Frexid”lə üzləşə bilər”.

Xatırladaq ki, Fransada yeni prezidentin kimliyi mayın 7-də məlum olacaq. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz