Əsas Səhifə > Dünya > Tramp Çin lideri barədə danışıb: "Yaxşı oğlandır"
Tramp Çin lideri barədə danışıb: "Yaxşı oğlandır"12-05-2017, 11:06. |
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. SİVİL.AZ-ın məlumatına görə, bu barədə o, özü "The Economist" jurnalına müsahibəsində deyib. Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi". Çin lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır". (Trend) Geri qayıt |