Tramp Çin lideri barədə danışıb: "Yaxşı oğlandır"

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 11:06
Tramp Çin lideri barədə danışıb: "Yaxşı oğlandır"


ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə o, özü "The Economist" jurnalına müsahibəsində deyib.

Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".

Çin lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır". (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz