Əsas Səhifə > Dünya > İŞİD insanlar üzərində kimyəvi təcrübə aparır
İŞİD insanlar üzərində kimyəvi təcrübə aparır22-05-2017, 11:03. |
Terror qruplaşması İŞİD-in İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah təcrübəsi apardığı ortaya çıxıb. SİVİL.AZ-ın məlumatına görə, qruplaşmanın Mosul Universitetində ələ keçirilən sənədlərindən təcrübənin artıq 3 ildir davam etdiyi müəyyən olunub. Terror qruplaşmasının asan əldə edilə bilən həşərat dərmanlarını istifadə edərək silah düzəltdiyi və onu əsirlər üzərində tətbiq etdiyi bildirilib. Sənədlərdə bu səbəbdən 2 əsirin ölməsi məlumatı da yer alıb. Belə bir təcrübə son dəfə 2-ci Dünya müharibəsi dönəmində faşist həkim Josef Mengel tərəfindən ələ keçirilən əsirlər üzərində tətbiq edilmişdi. Geri qayıt |