İŞİD insanlar üzərində kimyəvi təcrübə aparır

Xəbərin çap versiyası
Tarix: 22-05-2017, 11:03
İŞİD insanlar üzərində kimyəvi təcrübə aparır


Terror qruplaşması İŞİD-in İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah təcrübəsi apardığı ortaya çıxıb.

SİVİL.AZ-ın məlumatına görə, qruplaşmanın Mosul Universitetində ələ keçirilən sənədlərindən təcrübənin artıq 3 ildir davam etdiyi müəyyən olunub.

Terror qruplaşmasının asan əldə edilə bilən həşərat dərmanlarını istifadə edərək silah düzəltdiyi və onu əsirlər üzərində tətbiq etdiyi bildirilib. Sənədlərdə bu səbəbdən 2 əsirin ölməsi məlumatı da yer alıb.

Belə bir təcrübə son dəfə 2-ci Dünya müharibəsi dönəmində faşist həkim Josef Mengel tərəfindən ələ keçirilən əsirlər üzərində tətbiq edilmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz