Əsas Səhifə > Dünya > Rusiya Moldova və Estoniya diplomatlarını ölkədən qovdu
Rusiya Moldova və Estoniya diplomatlarını ölkədən qovdu31-05-2017, 20:14. |
Rəsmi Moskva Kişinyovun analoji hərəkətlərinə cavab olaraq beş moldovalı diplomatı ölkədən çıxarır. SİVİL.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşı “arzuolunmaz şəxs” (“persona-non-qrata”) elan edilib.Eyni zamanda Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb. Belə ki, Moldova səfirliyinin 5 əməkdaşı 3 gün, Estoniyanın Peterburqdakı baş konsulu və Estoniya Baş Konsulluğunun Pskovdakı dəftərxanasının rəhbəri 5 gün ərzində Rusiyanı tərk etməlidir. Bu addımın rusiyalı diplomatların Moldova və Estoniyadan çıxarılmasına cavab olaraq atıldığı açıqlanıb. Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını “persona –non-qrata” elan edib. (AzVision.az) Geri qayıt |